...

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib

Hadisə Materials 8 Oktyabr 2025 13:03 (UTC +04:00)
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib.

Bu barədə Trend-ə DİN-dən məlumat verilib.

Bildirilib ki, DYP əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan "BYD" markalı 77-SH-182 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İbrahim Vəzirov saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə sürücü İ.Vəzirovun idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 1 ay müddətinə inzibati qaydada həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti