...

Talibanın xarici işlər naziri Hindistana gedir

Siyasət Materials 8 Oktyabr 2025 19:15 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Talibanın xarici işlər naziri Amir Xan Muttəqi Hindistana yola düşüb.

Trend xarici KİV-ən istinadən xəbər verir ki, bu, hərəkatın 2021-ci ildə hakimiyyətə gəlməsindən sonra Taliban rəsmisinin Hindistana ilk səfəri olacaq.

Səfər, Talibanın iqtisadi əlaqələr və diplomatik tanınma uğrunda regional güclərlə əməkdaşlığı genişləndirmək səylərini önə çıxarır. Hazırda Taliban hökumətini rəsmi şəkildə tanıyan yeganə ölkə Rusiyadır.

Əfqanıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, xarici işlər naziri Amir Xan Muttəqi Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar və digər rəsmi şəxslərlə siyasi, iqtisadi və ticarət məsələlərini müzakirə edəcək.

Tarixən Hindistan və Əfqanıstan arasında dost münasibətlər mövcud olub, lakin Nyu-Dehli 2021-ci ildə ABŞ-nin Əfqanıstandan çıxmasından və Talibanın yenidən hakimiyyətə qayıtmasından sonra Kabildəki səfirliyini bağlayıb.

Bir il sonra Hindistan ticarət, tibbi yardım və humanitar dəstəyi asanlaşdırmaq məqsədilə Kabildə kiçik diplomatik nümayəndəlik açıb.

Nyu-Dehli Taliban hökumətini rəsmi olaraq tanımır, lakin son dövrlərdə hər iki ölkənin xarici işlər nazirliklərinin yüksək səviyyəli rəsmiləri arasında keçirilən görüşlər vasitəsilə münasibətləri tədricən bərpa etməyə yönəlmiş addımlar atır.

Xəbər lenti

Xəbər lenti