Bakı. Trend:
ABŞ dövlət katibi Marko Rubio və Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper telefon danışığı zamanı Ukrayna münaqişəsinin diplomatiya yolu ilə həlli istiqamətində səyləri davam etdirmək barədə razılığa gəliblər.
Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti xəbər verib.
"Dövlət katibi və xarici işlər naziri Rusiya-Ukrayna münaqişəsinə son qoymaq və danışıqlar yolu ilə davamlı sülhün bərqərar olması üçün diplomatik səyləri davam etdirmək barədə razılığa gəliblər", - deyə bildirilib.
Həmçinin qeyd edilib ki, Rubio və Kuper Ukraynadan əlavə, Yaxın Şərq münaqişəsini müzakirə edərək, ABŞ prezidenti Donald Trampın planının həyata keçirilməsi ilə Qəzza zolağında müharibəyə son qoyulmasının vacibliyini vurğulayıblar.