Bakı. Trend:
Qəzza zolağından son israilli girovun azad edilməsi İsrail ordusunun anklavdan tamamilə çıxarılmasından gec olmayaraq baş verməlidir.
Trend-in məlumatına görə, bu barədə HƏMAS-dan "Al Jazeera" telekanalına bildiriblər.
"HƏMAS nümayəndə heyəti israilli girovların azad edilməsi mərhələlərinin İsrail qoşunlarının çıxarılması mərhələləri ilə əlaqələndirilməsini tələb edib. Nümayəndə heyəti vurğulayıb ki, sonuncu girovun azad edilməsi sonuncu işğalçı qüvvələrin çıxarılması ilə üst-üstə düşməlidir", - deyə telekanal HƏMAS rəhbərliyinin adı açıqlanmayan nümayəndəsinə istinadən xəbər verib.
Qeyd olunub ki, Qəzza zolağında Misirdə keçirilən atəşkəs danışıqlarının ikinci günündə İsrail ordusunun anklavdan çıxarılması üçün xəritələrin və girovların azad edilməsi qrafikinin yaradılmasına diqqət yetirilib.