Bakı. Trend:
Ötən axşam İranın qərbində yerləşən Kürdüstan vilayətində naməlum silahlıların hücumu nəticəsində İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) 2 üzvü öldürülüb, 3 nəfər isə yaralanıb.
Trend-in məlumatına görə, bu barədə İslam İnqilabı Keşikçilər Korpusunun Kürdüstan vilayəti üzrə ordusu məlumat yayıb.
Məlumata görə, vilayətin Sərvabad rayonunda naməlum silahlılar SEPAH üzvlərinə doğru əl qumbarasından istifadə ediblər. Akt nəticəsində yaralananlar xəstəxanalara yerləşdiriliblər.
Hadisəni törədən naməlum silahlılar axtarışdadır.