...

Azərbaycan “yaşıl enerji"nin maliyyələşdirilməsi üçün sukukların buraxılışına hazırlaşır

Maliyyə Materials 7 Oktyabr 2025 17:36 (UTC +04:00)
Azərbaycan “yaşıl enerji"nin maliyyələşdirilməsi üçün sukukların buraxılışına hazırlaşır
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan infrastruktur və “yaşıl enerji"nin maliyyələşdirilməsi üçün sukukların buraxılışına hazırlaşır.

Trend xəbər verir ki, bunu Səudiyyə Ərəbistanında Bankçılıq Departamentinin (ICD) birbaşa maliyyələşdirmə şöbəsinin eksperti Samir Nadir Tağıyev “Halal Business Forum”da bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda Azərbaycanda sukukların buraxılışı üçün hüquqi baza yaradacaq qanunvericilik qəbul ediləcək.

“Azərbaycanın dövlət şirkəti əvvəllər sukuk buraxmaq istəyini ifadə etmişdi, lakin müvafiq qanunun olmaması bunu mümkün etmirdi. Mərkəzi Bankın və şəxsən onun rəhbərinin səyləri sayəsində qanun layihəsi tezliklə hazır olacaq”, - deyə o bildirib.

Ekspert vurğulayıb ki, sukukların buraxılışı Azərbaycan şirkətlərinə həm daxili, həm də xarici bazarlarda yerli və xarici valyutada uzunmüddətli maliyyələşmə cəlb etməyə imkan verəcək.

O qeyd edib ki, ICD bu təşəbbüslərdə Azərbaycanı fəal şəkildə dəstəkləyəcək və investisiyaların beynəlxalq bazarlardan və İran körfəzi ölkələrindən cəlb olunmasına töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti