...

Tekstil və geyim istehsalında artım müşahidə olunur - STATİSTİKA

İqtisadiyyat Materials 7 Oktyabr 2025 15:45 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Tekstil və geyim istehsalında 2024 ilə 2023 arasında, eləcə də 2025-ci ilin əvvəllərində güclü artım müşahidə olunmaqdadır. Güclü istehsal tempi sənayenin potensialını və imkanlarını nümayiş etdirir.

Trend xəbər verir ki, bu fikirləri "Tekstil Sektorunun İnkişafı və Qlobal İnteqrasiyasının Təşviqi" seminarında SIAR Araşdırma və Konsalyinq qrupunun partnyoru Əşrəf Hacıyev deyib.

O, qeyd edib ki, bu ilin yanvar-aprel ayları aralığında tekstil istehsalı 18,7%, geyim istehsalı isə 42,8% aralığında artıb:

“5 məhsul kateqoriyasında istehsal həcmi 200%-dən çox artım göstərib. Kişi və ya oğlan uşaqları üçün toxunmuş (trikotaj) köynəklərin istehsalında 254% artım,

Qadın və ya qız uşaqları üçün toxunmuş (trikotaj) köynəklər – 155% artım qeydə alınıb".

Ə.Hacıyev əlavə edib ki, kişi və ya oğlan uşaqları üçün kostyumlar (pambıqdan və ya süni liflərdən hazırlanmış, sənaye və ya peşəkar geyimlər daxil olmaqla) 206% artıb.

Xəbər lenti

Xəbər lenti