Bakı. Trend:
Qırğızıstan Azərbaycanda halal sənayesinin birgə şəkildə inkişaf etdirilməsinə hazırdır.
Trend xəbər verir ki, bunu Qırğızıstanın İqtisadiyyat və Ticarət Nazirliyinin “Halal sənayesinin inkişafı mərkəzi” Dövlət Qurumunun direktoru Almaz Kayrıbekov Bakıda keçirilən “Halal business forum” forumunda deyib.
O, Qırğızıstanla Azərbaycan arasında halal sənayesi sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq standartlarda və forumlarda iştirakı regionda bu sahənin inkişafına güclü təkan verib.
Kayırbekov qeyd edib ki, Qırğızıstan və Azərbaycan İslam Ölkələri Standartlaşdırma İnstitutunda birgə fəaliyyət göstərirlər və bu əməkdaşlıq sayəsində Türkiyə, Özbəkistan və Qazaxıstan da daxil olmaqla digər ölkələr halal məhsulların beynəlxalq bazarlara çıxarılması istiqamətində prosesə cəlb olunublar.
“Azərbaycan halal sənayesinin inkişafında yaxşı templər nümayiş etdirir və biz birgə ixtisasartırma tədbirlərinin keçiriləcəyinə və əməkdaşlığın genişləndiriləcəyinə ümid edirik”, - deyə direktor vurğulayıb.