...

Azərbaycanın “yaşıl təşəbbüs"ləri “Siemens Energy” üçün yeni əməkdaşlıq imkanları açır

Yaşıl iqtisadiyyat Materials 7 Oktyabr 2025 16:51 (UTC +04:00)
Azərbaycanın “yaşıl təşəbbüs"ləri “Siemens Energy” üçün yeni əməkdaşlıq imkanları açır
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın “yaşıl təşəbbüs"ləri “Siemens Energy” üçün əməkdaşlıqda yeni imkanlar açır və şirkət bu imkanlardan yararlanmağa hazırdır.

Trend xəbər verir ki, bunu “Siemens Energy Global GmbH & Co. KG”nin Türkiyə, Mərkəzi Asiya və Qərbi Avropa üzrə vitse-prezidenti Maksim Zubov “Maliyyə kəsişməsində innovasiyalar və texnologiyalar” mövzusunda İxracın Maliyyələşməsi üzrə Yüksək Səviyyəli Almaniya-Azərbaycan Konfransında deyib.

O, “Siemens”in tarixən Azərbaycanın neft-qaz sektorunda təmsil olunduğunu diqqətə çatdırıb.

“Şirkətin yerli elektrik stansiyalarında qaz turbinləri var. Bu, bizim buradakı fəaliyyətimizin bir hissəsidir. Bununla yanaşı, biz “Siemens”in elektrik və digər enerji avadanlıqlarını da təchiz edirik. Fəaliyyətimizin əhəmiyyətli hissəsi xidmət sahəsinə yönəlib, çünki infrastrukturun və quraşdırılmış sistemlərin baxımı ölkədə uzunmüddətli mövcudluğun və müştərilərlə əlaqələrin qorunmasının əsasını təşkil edir”, - deyə M. Zubov bildirib.

Onun sözlərinə görə, “Siemens Energy” qlobal enerji keçidinə fəal şəkildə töhfə verir və bu sahədə liderlərdən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti