Bakı. Trend:
Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində
Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) ehtiyatdan çağırılan bir qrup hərbi
vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı keçirilib.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat
verilib.
Bildirilib ki, ehtiyatdan çağırılan hərbi vəzifəlilər qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunub.
Hərbi vəzifəlilərlə müxtəlif mövzularda maarifləndirici söhbətlər aparılıb, onlara hərbi nizamnamələrin və müvafiq qanunvericiliyin tələbləri xatırladılıb, təhlükəsizlik qaydaları çatdırılıb.
Toplanış çərçivəsində günün nizam qaydasına uyğun fəaliyyətlər icra olunub, ümumqoşun və ixtisas hazırlığı üzrə dərslər keçirilib, eləcə də silahlardan və qumbaraatanlardan atış çalışmaları yerinə yetirilib.