...

Orta Dəhliz Avropa və Asiya arasında mütəmadi və etibarlı əlaqəni təmin edir - Nazir müavini

İqtisadiyyat Materials 7 Oktyabr 2025 11:20 (UTC +04:00)
Orta Dəhliz Avropa və Asiya arasında mütəmadi və etibarlı əlaqəni təmin edir - Nazir müavini
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Orta Dəhliz Avropa ilə Asiya arasında mütəmadi və etibarlı əlaqəni təmin edir.

Trend xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli “Maliyyə kəsişməsində innovasiyalar və texnologiyalar” mövzusunda İxracın Maliyyələşməsi üzrə Yüksək Səviyyəli Almaniya-Azərbaycan Konfransında deyib.

“Şərq–Qərb və Şimal–Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycan öz strateji mövqeyindən iqtisadi artım aləti kimi istifadə edir. Biz beynəlxalq bazarlara çıxışı sürətləndirmək və logistika xərclərini azaltmaq məqsədilə dəmir yolu, avtomobil, liman, hava limanı və rəqəmsal infrastrukturun inkişafına mühüm sərmayələr yönəltmişik. Sadələşdirilmiş gömrük prosedurlarına əsaslanan Orta Dəhliz bu gün Avropa ilə Asiya arasında müntəzəm və etibarlı əlaqəni təmin edir. Gələcəkdə Zəngəzur dəhlizi bu nəqliyyat marşrutlarını daha da genişləndirərək Azərbaycanın əsas hissəsini Naxçıvanla və oradan kənar bölgələrlə birləşdirəcək,” - deyə o bildirib.

Bəşirli qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə inşa edilən müasir hava limanları, eləcə də illik 25 milyon ton aşırma gücünə malik olacağı gözlənilən, genişlənməkdə olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı multimodal nəqliyyat sistemini tamamlayır. Bu sistem investorların yükdaşıma müddətini qısaltmasına və tədarük coğrafiyasını genişləndirməsinə imkan yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti