...

UEFA bu mövsüm yerli oyunların xaricdə keçirilməsinə məcburən razılıq verib

İdman Materials 6 Oktyabr 2025 20:20 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA, bu mövsüm Serie A və La Liga liqalarının hər birinə bir oyunu xaricdə keçirməyə icazə verib.

Trend xəbər verir ki, nəticədə Barselona – Villarreal oyunu dekabrda Mayamidə, Milan – Komo qarşılaşması isə fevralda Avstraliyanın Perth şəhərində keçiriləcək.

UEFA bildirib ki, bu qərar istisna hal kimi qəbul olunur və gələcək üçün presedent yaratmamalıdır.

Ali futbol qurumunun prezidenti Aleksander Çeferin deyib ki, liqa oyunları doğma torpaqda keçirilməlidir. Əks halda, sədaqətli azarkeşlər kənarda qalır və yarışların ədalətinə xələl gələ bilər.

Həmçinin qeyd olunub ki, gələcəkdə milli assosiasiyalar belə müraciətlər etməzdən öncə qurumla məsləhətləşməlidirlər.

Xəbər lenti

Xəbər lenti