...

"ING Group" 2027-ci ilə qədər Azərbaycanda ÜDM artımı ilə bağlı proqnozlarını təqdim edib

İqtisadiyyat Materials 6 Oktyabr 2025 14:00 (UTC +04:00)
"ING Group" 2027-ci ilə qədər Azərbaycanda ÜDM artımı ilə bağlı proqnozlarını təqdim edib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Niderlandın “ING Group” maliyyə qrupunun proqnozlarına görə Azərbaycanda ÜDM-in real atımı 2025-ci ildə 1,5 faiz təşkil edəcək.

Trend xəbər verir ki, 2026-cı ildə bu göstəricinin, 2,8 faizə çatacağı gözlənilir. 2024-cü ildə real ÜDM 4,1 faiz civarında olub.

Proqnoza əsasən, Azərbaycanın nominal ÜDM-i 2025-ci ildə 79,6 milyard dollar, 2026-cı ildə isə 81,3 milyard dollar olacaq. Müqayisə üçün, bu göstərici 2024-cü ildə 74,3 milyard dollar idi.

“ING Group”un hesablamalarına görə, adambaşına düşən ÜDM 2025-ci ildə 7631 dollar, 2026-cı ildə isə 7720 dollar səviyyəsinə çatacaq. Müqayisə üçün, 2024-cü ildə bu göstərici 7284 dollar olub.

“2024-cü ildə ÜDM-in 4,1 faiz artımından sonra bu il artım tempinin zəifləməsi gözlənilməz deyildi, lakin yavaşlamanın miqyası əvvəlki proqnozları üstələdi. Təzyiq həm neft, həm də qeyri-neft sektorlarında, o cümlədən nəqliyyat, tikinti və digər sahələrdə müşahidə olunub”, - deyə ING Group bildirib.

“Dövlət Statistika Komitəsinin məlumatlarına görə, iyul–avqust ayları üzrə ilkin göstəricilər dinamikadakı zəifləmənin davam etdiyini göstərir: sənaye istehsalında və xidmət sektorunda azalma müşahidə edilir. Uzunmüddətli perspektivdə neft-qaz sektoru hələ də artımı məhdudlaşdıran əsas amil olaraq qalır, qeyri-neft sahələri isə dayanıqlılıq nümayiş etdirsə də, ümumi yavaşımadan təsirlənir”,- ING Group-un hesabatında qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti