Bakı.Trend:
Şəxsin iş yerində baş vermiş partayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Trend-in sorğusuna əsasən, Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib ki, oktyabrın 5-i saat 12 radələrində Bərdə rayon sakini 1960-cı il təvəllüdlü Teyyub Yusifovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla Teyyub Yusifovun mexanik vəzifəsində işlədiyi pendir istehsalı sexininin qazanxanasında baş vermiş partlayış nəticəsində almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin
162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan
ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.