...

Hindistanda torpaq sürüşməsi nəticəsində azı 23 nəfər həlak olub

Dünya xəbərləri Materials 6 Oktyabr 2025 08:52 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hindistanın şərqindəki Qərbi Benqal əyalətində güclü yağışların səbəb olduğu torpaq sürüşmələri nəticəsində azı 23 nəfər həyatını itirib.

Trend xəbər verir ki, bu barədə PTI agentliyi məlumat yayıb.

Milli Fəlakətlərə Cavab Mərkəzinin sözçüsü bildirib ki, ölənlər arasında uşaqlar da var. Onun sözlərinə görə, bölgədə baş verən fırtına son on ilin ən dağıdıcı sürüşmələrindən birinə səbəb olub.

Təbii fəlakət nəticəsində bir çox kəndlər zərər görüb, əsas yollar bağlanıb. Xilasetmə xidmətləri hazırda hadisə yerində axtarış işlərini davam etdirir, dağıntılar altından bir neçə nəfər xilas edilib.

Yerli hakimiyyət Darcilinq bölgəsində həlak olanlar arasında turistlərin də ola biləcəyini istisna etmir.

Qeyd edək ki, bundan əvvəl Qərbi Benqalla qonşu Nepalda güclü yağışlar səbəbindən baş verən torpaq sürüşmələri və daşqınlar nəticəsində 50-dən çox insanın öldüyü bildirilmişdi.

Xəbər lenti

Xəbər lenti