...

Neftçalada 111 abonentin qaz təchizatı dayandırılacaq

Cəmiyyət Materials 6 Oktyabr 2025 15:56 (UTC +04:00)
Neftçalada 111 abonentin qaz təchizatı dayandırılacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Neftçala rayonu Cəngən kəndində 111 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.

Trend xəbər verir ki, bu barədə "Azəriqaz" İB-dən məlumat verilib.

Bildirilib ki, Neftçala rayonu Cəngən kəndində yerləşən orta məktəbə təbii qazın verilməsi ilə bağlı yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyi seçilmiş diametri 219 mm-lik "Cəngən kənd" orta təzyiqli daşıyıcı qaz kəmərinə qoşulması məqsədi ilə əlaqədar 07.10.2025-ci il saat 10:30-dan etibarən işlər başa çatanadək Cəngən kəndində (ümumi 111 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

"Təbii qazın verilişinin dayandırıldığı müddət ərzində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağınızı və təhlükəsizlik tədbirlərinə riayət etməyinizi xahiş edirik",- qurumdan əlavə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti