...

Niderland şirkəti 2025-2026-cı illər ərzində Azərbaycanda inflyasiya səviyyəsi barədə danışıb

Maliyyə Materials 6 Oktyabr 2025 14:28 (UTC +04:00)
Niderland şirkəti 2025-2026-cı illər ərzində Azərbaycanda inflyasiya səviyyəsi barədə danışıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Niderlandın “ING Group” maliyyə qrupu qarşıdakı 2 il ərzində Azərbaycanda istehlak inflyasiyasının səviyyəsinin yüksələcəyini proqnozlaşdırır.

Trend xəbər verir ki, ING-nin son qiymətləndirmələrinə görə, istehlak qiymətləri indeksi (CPI) 2024-cü ildə 4,9% olduğu halda, bu ilin sonuna qədər illik 5,1%-ə çatacaq, və 2026-cı ildə isə 5,8%-ə yüksələcəyi gözlənilir.

“Əsasən tələb səbəbindən yaranan inflyasiya amillərinin azalması CPI-nin illik ifadədə avqust ayı üzrə 4,9%-ə yavaşlamasına imkan verib, apreldə–mayda 6,3%-lik pik səviyyəyə baxmayaraq ərzaq seqmentində təzyiq davam edir. Proqnoz göstəricilər, o cümlədən istehsalçı qiymətləri indeksi, neftin daha aşağı qiymətləri sayəsində xərclərin müəyyən qədər azalacağını göstərir, baxmayaraq ki, ərzaq xərcləri və tələb tərəfdən təzyiq yüksək qalır. Azərbaycan Mərkəzi Bankı (AMB) CPI-nin orta müddətli perspektivdə illik ifadədə 5%-dən aşağı olacağını gözləyir ki, bu da hədəf diapazonu olan 4±2%-ə uyğundur. İyul ayında AMB əsas uçot dərəcəsini 25 baza bəndi azaldaraq 7%-ə endirib və inflyasiya dinamikasının yaxşılaşdığını və xarici mühitin daha sabit olduğunu qeyd edib”, - ING-nin son hesabatında bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti