...

Sürətli pul köçürmə sistemləri ilə banka daxilolmalar artıb, çıxışlar azalıb

İqtisadiyyat Materials 6 Oktyabr 2025 14:23 (UTC +04:00)
Sürətli pul köçürmə sistemləri ilə banka daxilolmalar artıb, çıxışlar azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin sentyabrın 1-nə Azərbaycanda sürətli pul köçürmə sistemləri ilə banklara 271,3 min ədəd əməliyyat üzrə 163,6 milyon manat vəsait daxil olub.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə aparılmış əməliyyatlar üzrə 0,7 min ədəd və ya 0,2%, vəsait həcmi üzrə isə 19,9 milyon manat və ya 13,8% çoxdur.

Hesabat dövrü ərzində bir ödənişin məbləği 603,2 manat təşkil edib ki, bu da 2024-cü ilin sentyabrın 1-nə olan göstəriciyə nisbətən 72 manat və ya 13,5% çoxdur.

Eyni zamanda cari ilin senyabrın 1-nə Azərbaycanda sürətli pul köçürmə sistemlər ilə banklardan kənara 65,1 min ədəd əməliyyat üzrə 38,2 milyon manat vəsait köçürülüb. Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə aparılmış əməliyyatlar üzrə 26,2 min ədəd və ya 28,7%, vəsait həcmi üzrə isə 5,3 milyon manat və ya 12,2% azdır.

Dövr ərzində sürətli pul köçürmə sistemləri ilə banklardan kənara köçürmələr üzrə bir ödənişin məbləği 586,5 manata bərabər olub ki, bu da 2024-cü ilin iyulun 1-nə olan göstəriciyə nisbətən 109,8 manat və ya 23% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti