...

Azərbaycan bədii gimnastları III MDB Oyunlarında finala vəsiqə qazanıblar

İdman Materials 6 Oktyabr 2025 16:46 (UTC +04:00)
Azərbaycan bədii gimnastları III MDB Oyunlarında finala vəsiqə qazanıblar
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında bədii gimnastika üzrə yarışlara start verilib.

Trend xəbər verir ki, Azərbaycan təmsilçiləri təsnifat mərhələsində yüksək nəticə göstərərək finala vəsiqə qazanıblar.

Azadə Atakişiyeva top və halqa, Şəms Ağahüseynova top, Nur Sadıqova halqa, qrup hərəkətləri komandası isə 5 halqa ilə hərəkətlərin icrasında həlledici mərhələdə iştirak hüququ əldə edib.

Qeyd edək ki, bədii gimnastika üzrə yarışlara oktyabrın 8-də yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti