Bakı. Trend:
"Ultimate Fighting Championship" (UFC) titul uğrunda döyüş 2026-cı il iyunun 14-də, ABŞ Prezidenti Donald Trampın anadan olmasının ildönümündə Ağ Evin meydanında keçiriləcək.
Trend xəbər verir ki, bu barədə Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin Atlantik Donanmasının Virciniya ştatının Norfolk şəhərindəki əsas bazasında ordunun 250 illik yubileyi münasibətilə çıxışı zamanı məlumat verib.
“Gələn ilin iyunun 14-də Ağ Evdə, Ağ Evin ərazisində böyük UFC döyüşü olacaq”, – Tramp bildirib.
Qeyd edək ki, həmin gün Amerika administrasiyasının rəhbəri 80 illik yubileyini qeyd edəcək.