...

Makron yeni hökumətin formalaşdırılmasını tələb edib

Dünya xəbərləri Materials 5 Oktyabr 2025 06:28 (UTC +04:00)
Makron yeni hökumətin formalaşdırılmasını tələb edib

Bakı. Trend:

Fransa Prezidenti Emmanuel Makron Baş nazir Sebastian Lekornüdən bazar günü axşamadək yeni hökumətin formalaşdırılmasını tələb edib.

Trend xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb. Bildirilib ki, hökumətdə təmsil olunacaq şəxslər bazar gününün sonunadək müəyyən edilməli, növbəti həftənin ilk iş günündə elan olunmalıdır.

Prezidentin tələbinə görə, hökumət 25, yaxud 26 nazir və dövlət katibindən ibarət olmalıdır. Seçiləcək şəxslər siyasi hazırlıqlı olmalı, zərurət yarandıqda sol qüvvələrlə danışıq apara bilməlidirlər.

Xəbər lenti

Xəbər lenti