Bakı.Trend:
Ağciyər xəstəlikləri ilə bağlı nümunələri yerində portativ qurğular vasitəsilə götürülməsini planlaşdırırıq. Xəstəliyin aradan qaldırılması üzrə mütəşəkillik çox vacibdir.
Trend xəbər verir ki, bunu TƏBİB-in icraçı direktor müavini Anar İsrafilov Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən təşkil edilən “Dünya ağciyər sağlamlığı günü”nə həsr edilmiş Beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı TƏBİB-in icraçı direktor müavini Anar İsrafilov deyib.
O qeyd edib ki, vərəmlə mübarizə bu günün ən aktual problemlərindən biri olaraq qalır.
“Ümumdünya Səhiyyə Təşkilatı, həmçinin bir çox beynəlxalq təşkilatlarının maarifləndirmə tədbirlərinə baxmayaraq, gündəlik 4000-4500-ə yaxın insan vərəm xəstəliklərinə görə həyatlarını itirirlər. Bunlardan 600-700-ü uşaqlardır. Bu da bizə problemin miqyasını göstərir. TƏBİB tərəfindən vərəmlə mübarizə məqsədilə ən son görülən iş kimi Ağciyər Xəstəlikləri Mərkəzi yaradılmasını qeyd edə bilərəm. Bununla da resurslar və kadrlar bir çətir altında idarə olunur”.
A.İsrafilov vurğulayıb ki, Sumqayıtda ağciyər xəstəliklərindən əziyyət çəkən şəxslərə dərmanlar artıq birbaşa evlərinədək çatdırılır, müraciətləri videokonfrans vasitəsilə qeydə alınır.