...

BOKT sektorunun aktivlərinin həcmi kiçilib

İqtisadiyyat Materials 3 Oktyabr 2025 18:05 (UTC +04:00)
BOKT sektorunun aktivlərinin həcmi kiçilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin birinci yarımilində bank olmayan kredit təşkilatı (BOKT) sektorunun aktivlərinin həcmi kiçilib.

Trend-in Azərbaycan Mərkəzi Bnakına 9AMB) istinadən məlumatına görə, ölkədə fəaliyyət göstərən BOKT-lərin cəmi aktivləri yarımil ərzində 3% (30 milyon manat) azalaraq 963 milyon manat təşkil edib.

Məlumata əsasən, azalmanın əsas payçısı xalis kredit portfeli olub. Qeyd edilib ki, BOKT-lərin kreditləşmə fəaliyyətində mövcud olan artım dinamikasına baxmayaraq yarımil ərzində xalis kredit portfeli 6.3% (45 milyon manat) azalıb.

Bildirilib ki, 15 noyabr 2024-cü il tarixində “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası”-nın tətbiqi nəticəsində BOKT-lər üzrə ilk dəfə xərclər hesabına yaradılan xüsusi ehtiyatlara dair tələb gətirilib ki, bu da öz növbəsində xalis kredit portfelinin azalmasını şərtləndirib.

Qeyd edilib ki, BOKT-lərin cəmi öhdəlikləri isə il ərzində 4.5% (24.4 milyon manat) azalaraq 513 milyon manat təşkil edib. Vurğulanıb ki, maliyyə institutları qarşısında kredit öhdəlikləri və digər öhdəliklər (əsasən hesablanmış ödəniləsi vergilər) öhdəliklərin azalmasına əsas təsir edən amillər olub.

Ümumilikdə, bildirilib ki, bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyə vasitəçiliyində rolu kiçik olaraq qalmaqdadır. 2025-ci ilin birinci yarımilinə olan məlumatlara əsasən, Azərbaycanda fəaliyyət göstərən BOKT-lərin sayı 57, kredit ittifaqlarının (Kİ) sayı isə 36 olmaqla, ümumilikdə qeyri-bank kredit təşkilatlarının sayı 93 olmuşdur. Bütövlükdə maliyyə sistemində aktivlərinə görə BOKT-lərin bazar payı 1.6% təşkil edib. 2025-ci ilin birinci yarımili ərzində 1 BOKT-nin lisenziyası ləğv edilib, 1 BOKT-yə yeni lisenziya verilib. Hazırda fəaliyyətdə olan BOKT-lərin 15-i xarici kapitallıdır ki, onlardan 12-ində xarici kapitalın payı 50%-dən yüksəkdir. İl ərzində ümumilikdə işçilərinin sayı 147 nəfər artaraq 3 693 nəfərə, filialların sayı isə 5 ədəd artaraq 309-a çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti