Bakı. Trend:
Misli Premyer Liqasının 7-ci turunda keçirilən “Zirə” – “Neftçi” qarşılaşması 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Trend-in məlumatına görə, oyunda qolları “Zirə”dən Giorgi Papunaşvili (28-ci dəq.) və Ruan Renato (90+8-ci dəq.), “Neftçi”dən isə Varqas (66-cı dəq.) və Bassala Sambu (87-ci dəq.) vurublar.
Bu nəticədən sonra “Neftçi” 8 xalla turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. “Zirə” isə 13 xalla ikinci yerdədir.
Turun digər görüşündə “Araz-Naxçıvan” səfərdə “İmişli”yə 2:0 hesabı ilə qalib gəlib. Qolları Ba-Muaka Simakala (33-cü dəq.) və Ülvi İsgəndərov (90+5-ci dəq.) vurublar.
Qələbə sayəsində “Araz-Naxçıvan” 14 xal toplayaraq liderliyə yüksəlib. “İmişli” isə 7 oyundan sonra 8 xalla 7-ci pillədə qərarlaşıb.