...

Məhsul və qiymət müxtəlifliyi iqtisadiyyatın rəqabətliliyini göstərir - Agentlik sədri

Cəmiyyət Materials 3 Oktyabr 2025 11:44 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Baku.Trend:

Mağazaya daxil olduqda məhsulun çeşidi və qiymət müxtəlifliyi vətəndaşlara iqtisadiyyatın rəqabətliliyini göstərir. Bu baxımdan qabaqlayıcı tədbirlər və maarifləndirmə işləri davam etdirilməli, bazara giriş maneələri aradan qaldırılmalı, innovasiyalar sürətləndirilməli, məhsul və xidmətlərin diversifikasiyası təmin edilməlidir.

Trend xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov II Milli Rəqabət Forumunda çıxışı zamanı deyib.

Rəqabət orqanının əsas hədəflərindən biri məhz iqtisadi artımı dəstəkləyən təmərküzləşmələrə razılıq verilməsi, effektiv olmayanların isə məhdudlaşdırılmasıdır.

Agentlik sədri vurğulayıb ki, Azərbaycanda iqtisadi təmərküzləşmələrin effektivliyi artırılmalı, rəqabəti məhdudlaşdıran sazişlərlə mübarizə gücləndirilməlidir:

“Burada məqsəd iqtisadi inkişafı təşviq edən təmərküzləşmələrin dəstəklənməsi, rəqabəti pozan halların isə qarşısının alınmasıdır”.

Elnur Bağırovun sözlərinə görə, rəqabətin nəticələri gündəlik həyatda hər kəs tərəfindən müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti