...

Mirzoyan Azərbaycanla dəmiryolu əlaqələrinin bərpasının mümkünlüyündən danışıb

Siyasət Materials 3 Oktyabr 2025 10:59 (UTC +04:00)
Mirzoyan Azərbaycanla dəmiryolu əlaqələrinin bərpasının mümkünlüyündən danışıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Azərbaycanla əlaqələrin tezliklə qurulması, kommunikasiyaların açılması və bərpasında çox maraqlıdır, belə ki, bunun əsas benefisiarlardan biridir.

Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

“Əgər dəmiryolu əlaqələrindən danışsaq, ekspertlərin təxminlərinə görə, onun tikintisi azı iki il çəkə bilər. Amma biz, Azərbaycan Respublikasının infrastrukturu və ərazisindən istifadə etməklə yükləri göndərib qəbul edə bilərik,”- deyə Mirzoyan qeyd edib.

O, Azərbaycanla sülh sazişinin mətni artıq paraflandığını xatırladıb və Ermənistan tərəfinin bu sazişi mümkün qədər tez imzalamağa hazır olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti