Bakı.Trend:
Təbii inhisar-liberallaşma bütün dünyada yüksək kapital tutumu olan təsərrüfatlarda həyata keçirilir. “Azəriqaz”ın təbii inhisarçı olaraq fəaliyyətinin mərkəzində müştəri məmnuniyəti durur.
Trend xəbər verir ki, bu fikirləri II Milli Rəqabət Forumunda “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun strategiya və dayanıqlılıq üzrə müavini Təbriz Əmmayev deyib.
Qurum rəsmisi bildirib ki, təbii inhisar üçün iqtisadi şərait formalaşmalıdır. Təbii inhisar yüksək kapital qoyuluşu tələb edən sahələrdə tətbiq olunur.
“Tənzimlənən iqtisadiyyatda qiymət tənzimlənməsi önəmli faktorlardan biridir. Tənzimlənən iqtisadiyyatdan liberala keçmək uzun zaman tələb alacaq".
T.Əmmayev vurğulayıb ki, liberallaşma diskriminasiyasız qoşulma tələb edir ki, bunun üçün şəffaf qaydalar işlənməlidir.
“Günün reallığında bu bir qədər gec baş tutacaq prosesdir. Bunun üçün iqtisadi, hüquqi manələr olmasa da, önəmli olan məlumatlandırma və liberal bazara keçidə hazır olmaqdır”,- deyə o əlavə edib.