Bakı.Trend:
02.10.2025-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində yerləşən adsız kafenin qarşısında 1970-ci il təvəllüdlü Cəfərov Ağa Aydın oğlunun 1973-cü il təvəllüdlü Həsənov Nüsrət Bağman oğlunu bıçaqlaması nəticəsində Nüsrət Həsənov daxilə keçən bədən xəsarəti alıb.
Trend xəbər verir ki, Binəqədi RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətmiş A.Cəfərov saxlanılıb.
Faktla bağlı Binəqədi RPİ-nin İŞ-də araşdırma aparılır.