Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı Vaşinqtonda Kanadanın Baş naziri Mark Karni ilə görüş keçirəcək.
Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə Kanada Baş nazirinin ofisi məlumat yayıb.
Görüşdə əsas müzakirə mövzularının iqtisadi və təhlükəsizlik məsələləri olacağı bildirilib.
Xatırladaq ki, rəsmi Ottava bir neçə aydır ABŞ-la Kanada mallarına tətbiq edilən bütün rüsumların ləğvini nəzərdə tutan yeni iqtisadi və müdafiə sazişləri üzrə danışıqlar aparır. Lakin bu danışıqlar hələlik nəticəsiz qalıb.