Bakı. Trend:
Sığorta sektoru mənfəətlə fəaliyyət göstərsə də, sektorun mənfəətliliyi ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb.
Trend-in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən məlumatına görə, 2024-ci ilin müvafiq dövrü ilə müqayisədə 2025-cü ilin birinci yarımilliyində sığorta sektorunun xalis mənfəəti 17% (17 milyon manat) azalaraq 81 milyon manat olub.
Hesabat dövrü ərzində qeyri-həyat sığorta şirkətləri üzrə mənfəətlilik 14 milyon manat azalaraq 42 milyon manat, həyat sığorta şirkətləri üzrə mənfəətlilik isə 2 milyon manat azalaraq 39 milyon manat olub.
Sığorta sektorunun zərərlilik dərəcəsi 7 faiz bəndi artıb. 2025-ci ilin birinci yarımilində ötən ilin müvafiq dövrünə nəzərən sığorta sektorunun zərərlilik dərəcəsi 7 faiz bəndi artaraq 85% olub.
Yüksək bazar payına sahib bir neçə sığorta siniflərində zərərlilik dərəcəsinin artması sığorta sektorunun zərərlilik dərəcəsinin artmasına təsir edib. 2025-ci ilin yarimilinə bazar payı 25% olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərər əmsalı 9 faiz bəndi artaraq 80%, xərc əmsalı 3 faiz bəndi azalaraq 29%, yekun zərərlilik dərəcəsi isə 6 faiz bəndi artaraq 109% olub.