Bakı. Trend:
2025-ci ilin avqust ayında Azərbaycanın Ani ödəniş sistemi ilə (AÖS) həyata keçirilmiş maliyə əməliyyatlarının həcmi məbləğ baxımından 242,2 milyon manat, kəmiyyət baxımından isə 900 min ədəd təşkil edib.
Trend Mərkəzi Banka istinadən xəbər verir ki, 2024-cü ilin eyni ayı ilə müqayisədə AÖS vasitəsilə həyata keçirilmiş əməliyyatların həcmi məbləğ baxımından 146,9 milyon manat və ya 2,5 dəfə, kəmiyyət baxımından isə 836,1 min ədəd və ya 14 dəfə artıb.
Qeyd edək ki, ötən ilin avqust ayında ölkədə AÖS vasitəsilə aparılan əməliyyatların həcmi 95,3 milyon manat, sayı isə 63,9 min ədəd olmuşdu.
2025-ci ilin avqustunda Xırda Ödənişlərin Hesablaşma Klirinq Sistemi (LVPCSS) vasitəsilə aparılan əməliyyatların həcmi 3,97 milyard manatı, sayı isə 9,396 milyon ədədi ötüb.
Ötən ilin eyni ayı ilə müqayisədə LVPCSS vasitəsilə aparılan əməliyyatların həcmi 522 milyon manat və ya 11,6 faiz, sayı isə təqribən 4,6 milyon ədəd və ya 33,7 faiz azalıb.