Bakı. Trend:
Bu ilin ilk yarısında bir bank istisna olmaqla bütün banklar mənfəətlə fəaliyyət göstərib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata əsasən, 2025-ci ilin ikinci yarısında mənfəətlə işləyən 21 bankın mənfəəti 580 milyon manat, zərərlə işləyən 1 bankın zərəri isə 2 milyon manat olub.
Sektorun ROA (aktivlərin gəlirliliyi) göstəricisi 2.1% təşkil edib. 2024-ci ilin müvafiq dövrünə nisbətdə 2025-cü ilin I yarımilində sektorun faiz və qeyri-faiz xərclərinin orta aktivlərə nisbətinin artması fonunda sektorun ROA göstəricisi 0.4 faiz bındi azalaraq 2.1% təşkil edib.
Sektorun mənfəətliliyinin azalmasının əsas səbəbi artan faiz və qeyri-faiz xərcləri olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz və qeyri-faiz gəlirləri müvafiq olaraq 21% (411 milyon manat) və 13% (101 milyon manat) artdığı halda, faiz və qeyr-faiz xərcləri isə müvafiq olaraq 55% (302 milyon manat) və 16% (203 milyon manat) artıb. Qeyd edilib ki, son dövrlərdə banklar tərəfindən depozitlər üzrə faiz dərəcələrinin bir qədər artırılması, habelə, əməliyyat xərclərinin artması fonunda bank sektorunun faiz və qeyri-faiz xərcləri artıb.