...

Fransada etiraz aksiyalarında 200 minə yaxın insan iştirak edib

Dünya xəbərləri Materials 3 Oktyabr 2025 01:37 (UTC +04:00)

Bakı. Trend:

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, oktyabrın 2-də Fransada təşkil edilən həmkarlar ittifaqı aksiyası günü çərçivəsində keçirilən etiraz aksiyalarına 195 min iştirakçı cəlb olunub.

Trend-in məlumatına görə, bu barədə Fransa KİV-ləri xəbər verib.

Bildirilib ki, Parisdə keçirilən aksiyada 24 min insan iştirak edib.

Fransanın Ümumi Əmək Konfederasiyası da öz növbəsində bildirib ki, ölkədə 600 min etirazçı olub, 200-ə yaxın nümayiş keçirilib.

Həmkarlar ittifaqlarının təşkil etdiyi etiraz aksiyası iştirakçılarının tələbləri hökumətin sərt iqtisadi tədbirlərinə qarşı yönəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti