Bakı. Trend:
Fələstinin "HƏMAS" hərəkatı ABŞ prezidenti Donald Trampın təklif etdiyi Qəzza zolağında münaqişənin həlli planına bəzi iradları daxil etməyi planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə hərəkatın Siyasi Bürosunun üzvü Məhəmməd Nazzal bildirib.
"Bu layihə ilə bağlı qeydlərimiz var və HƏMAS-ın nümayəndələri olaraq bunları bildirmək hüququmuz var. Bu məsələ ilə bağlı rəsmi cavabımızı tezliklə təqdim edəcəyik", - deyə o qeyd edib.
Nazzal hərəkat rəhbərliyinin "razılaşmaya ciddi yanaşdığını" vurğulasa da, HƏMAS-ın "Qəzzada qırğın müharibəsini davam etdirəcək və fələstinliləri qanuni hüquqlarından əl çəkməyə məcbur edəcək" razılaşmanı qəbul etməyəcəyini qeyd edib.