...

Türkiyə Rusiyadan təbii qaz almağa davam edəcək - Nazir

Dünya xəbərləri Materials 2 Oktyabr 2025 22:51 (UTC +04:00)
Türkiyə Rusiyadan təbii qaz almağa davam edəcək - Nazir
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Türkiyənin Rusiya enerji resurslarının idxalını dayandırması ilə bağlı çağırışlarına baxmayaraq, Türkiyə Rusiyadan təbii qaz almağa davam edəcək.

Trend-in məlumatına görə, bu barədə Türkiyə energetika təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

"Rusiya ilə müqavilələrimiz var. Qış mövsümü yaxınlaşır. Biz vətəndaşlarımıza qazın olmadığını deyə bilmərik. Qazı Rusiyadan, Azərbaycandan, Türkmənistandan almalıyıq", - nazir bildirib.

O qeyd edib ki, Türkiyə öz ehtiyaclarına görə enerji qaynaqlarını idxal edir.

Bundan əvvəl məlumat verilib ki, ABŞ prezidenti Donald Tramp sentyabrın 25-də türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Vaşinqtonda keçirdiyi görüşdə Türkiyəni Rusiyanın enerji resurslarının alınmasını dayandırmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti