Biləsuvardakı qəzada yaralanan şəxsin vəziyyəti açıqlandı (YENİLƏNİB)

Hadisə Materials 3 Oktyabr 2025 16:53 (UTC +04:00)
Biləsuvardakı qəzada yaralanan şəxsin vəziyyəti açıqlandı (YENİLƏNİB)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

03.10.2025-ci il tarixində saat 15:20 radələrində Biləsuvar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1 nəfər (kişi cinsli) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki,1992-ci il təvəllüdlü şəxsə sol topuğun səthi travması diaqnozu təyin olunub. Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

"Hadisə nəticəsində Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunan 1986-cı il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması, serebral komatoz vəziyyət diaqnozu təyin olunub.

Həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 14:00 radələrində pasiyentin ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar rayon şöbəsinə təhvil verilib",- məlumatda qeyd edilib.

xxx

14:58

Biləsuvar rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.

Trend xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Arazbari kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, "VAZ 2107" və "Mercedes" markalı minik avtomobillərinin toquşması nəticəsində ölən və yaralalanlar var.

Hazırda faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti