...

İki nəfərin ölümünə səbəb olan şəxs 5 il azadlıqdan məhrum edilib

Gündəm Materials 3 Oktyabr 2025 16:02 (UTC +04:00)
İki nəfərin ölümünə səbəb olan şəxs 5 il azadlıqdan məhrum edilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İki nəfərin ölümünə səbəb olan qəzanı törətməkdə təqsirləndirilən Ramiz Xankişiyevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

Trend xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 5 il azadlıqdan məhrum edilib.

Ötən il iyul ayında Beyləqan rayonunda baş verib. “Hyundai” və “Mercedes” markalı minik avtomobilləri toqquşması nəticəsində iki nəfər ölüb, beş nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ittiham iirəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti