Bakı. Trend:
2025-ci ilin sentyabr ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 164,7 min nəfərdən çox olub.
Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Bildirilib ki, onların 35,68%-ni kişilər, 64,32%-ni isə qadınlar təşkil edib.