Bakı. Trend:
Beynəlxalq Futbol Federasiyaları Assosasiyası (FİFA) rəsmi sosial şəbəkə hesablarında 2026-cı ilin Futbol Üzrə Dünya Çempionatının rəsmi topunu ictimaiyyətə təqdim edib.
Trend bu barədə FİFA-ya istinadən xəbər verir.
Kanada, ABŞ və Meksikanın ev sahibliyi edəcəyi DÇ-nin rəsmi topunda üç ölkəni simvolizə edən rənglərdən - qırmızı, göy və yaşıl rənglərdən istifadə olunub. Topa "TRİONDA" adı verilib.