...

Xaçmazda növbəti səyyar qəbul Qaradağ Buduq kəndində keçirilib (FOTO)

Gündəm Materials 2 Oktyabr 2025 19:19 (UTC +04:00)
Xaçmazda növbəti səyyar qəbul Qaradağ Buduq kəndində keçirilib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Xaçmaz rayon prokuroru Rəşad Məmmədov, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Qaradağ Buduq kəndində səyyar qəbul keçirib.

Trend xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, qəbulda Hülövlü İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Qaradağ Buduq, Hülövlü, Qaradağlı, Bəyqışlaq, Canaxır, Qobuqıraq, Mehrəliqışlaq, Mürsəliqışlaq, Rəhimoba və Ustacəlilli kəndlərinin sakinləri iştirak edib.

Sakinlər elektrik təsərrüfatının yenilənməsi, yolların təmiri, məktəb binasının yenilənməsi və digər müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti