Astana. Trend:
Qazaxıstan innovativ startaplar və qlobal texnoloji şirkətlər üçün platformaya çevrilməsinə imkan verəcək vençur ekosistemini fəal şəkildə formalaşdırır.
Trend xəbər verir ki, bunu Stanford Universitetinin professoru və vençur kapitalı üzrə ekspert İlya Strebulayev Astanada keçirilən “Digital Bridge 2025” forumunda deyib.
O vurğulayıb ki, Qazaxıstan yeni şirkətlərin və startapların inkişaf etməsi və vençur maliyyələşməsi əldə edə bilməsi üçün infrastruktur və normativ şərait yaradır.
“Qlobal vençur kapitalının Mərkəzi Asiya da daxil olmaqla müxtəlif regionlara gəlməsi və sahibkarların vençur düşüncəsini qoruyub saxlaması vacibdir”, – deyə o əlavə edib.
Strebulayev həmçinin ABŞ-yə dair təsirli statistik məlumatları diqqətə çatdırıb: dünyanın ən böyük on şirkətindən yeddisi vençur kapitalı əsasında yaradılıb və oxşar imkanlar indi Qazaxıstan, eləcə də regionun digər ölkələri üçün də açılır.