Bakı.Trend:
Yevlaxda "KamAZ" maneəyə çırpılıb, yükü yola dağılıb.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, yol-nəqliyyat hadisəsi Yevlax rayon ərazisində qeydə alınıb. Belə ki, şəkər çuğunduru ilə yüklü olan "KamAZ" markalı idarəetməni itirərək maneəyə çırpılıb. Nəticədə "KamAZ" yararsız hala düşüb qoşquda olan şəkər çuğunduru trasa dağılıb.
Hadisə yerinə aidiyyatı qrumlar cəlb olunub yolda tıxacın
yaranmasının qarşısını alıb.
Faktla bağlı araşdırma başlanıb