Bakı. Trend:
Dünyada bu gün 3 milyarda yaxın əhali layiq olduğu ev, mənzil şəraiti ilə təmin olunmayıb.
Trend xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
O vurğulayıb ki, gələn ilin may ayında Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumunda iqlim dəyişikliyinə həsr olunmuş mövzu da müzakirə ediləcək.
Komitə sədrinin sözlərinə görə, forumda evlə, mənzillə təminat problemi əsas mövzu olacaq: "Dünyada bu gün 3 milyarda yaxın əhali layiq olduğu ev, mənzil şəraiti ilə təmin olunmayıb. Ona görə də hər kəsə layiqli yaşayış yeri təyin etmək əsas ana xətt olacaq. Amma yenə də şəhərlərdə, yaşayış məntəqələrində mənzil, qeyri-yaşayış tikintisini apararaq, biz həmçinin iqlimə təsir barədə düşünməliyik".
