...

"Azərbaycan Dəmir Yolları" iqlimyönümlü texnologiyalar tətbiq edir

Yaşıl iqtisadiyyat Materials 1 Oktyabr 2025 16:09 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" iqlimyönümlü texnologiyalar tətbiq edir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) infrastrukturun iqlimə uyğun transformasiyası, enerji səmərəliliyinin artırılması və logistikanın rəqəmsallaşdırılması istiqamətində tədbirləri ardıcıl şəkildə həyata keçirir.

Trend xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlərlə əlaqələr şöbəsinin rəisi Turxan Əhmədov Bakı İqlim Fəaliyyəti Həftəsində deyib.

“Biz infrastrukturdan başlayıb, ardınca əməliyyat proseslərinə keçməklə və rəqəmsal platformalarla sonlandırmaqla iqlim-yönümlü islahatların mərhələli şəkildə həyata keçirilməsi nəzərdən keçiririk”, -deyə o bildirib.

T.Əhmədov qeyd edib ki, infrastruktur səviyyəsində Orta Dəhlizin Azərbaycan hissəsinin əsas xəttində müasir dəyişkən cərəyan (AC-çəkmə) sistemi tətbiq olunur. Bu, yanacaq sərfiyyatını azaltmağa və karbon izini əhəmiyyətli dərəcədə aşağı salmağa imkan verəcək. Qarabağ və Şərqi Zəngəzurda inşa edilən yeni dəmir yolları isə müasir Avropa standartlarına cavab verir.

Onun sözlərinə görə, əməliyyat səviyyəsində “yaşıl enerji” sahəsində layihələr reallaşdırılır. Həmçinin Asiya İnkişaf Bankı (AİB) ilə karbon tutma texnologiyalarının tətbiqi istiqamətində iş aparılır.

T.Əhmədovun sözlərinə görə, informasiya sistemlərinin harmonizasiyasını və yüklərin real vaxt rejimində izlənməsini əhatə edən “Rəqəmsal Ticarət Dəhlizi” layihəsi icra olunub. “Rəqəmsallaşma artıq nəzərəçarpacaq nəticələr verir. Elektron sənəd dövriyyəsi və yüklərin onlayn monitorinqi vaxta ciddi qənaət etməyə və xərcləri azaltmağa imkan yaradır”, – o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti