Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Gəncədə “Yaşıl şəhər” təşəbbüsü çərçivəsində dəstək göstərir.
Trend xəbər verir ki, bunu AYİB “Ağıllı Şəhərlər” təşəbbüsünün rəhbəri Lin Oqredi Baki İqlim Fəaliyyəti Həftəsində deyib.
Lin Oqredi qeyd edib ki, bank “Yaşıl şəhər” konsepsiyasının həyata keçirilməsi üçün hökumət və Gəncə bələdiyyəsi ilə əməkdaşlıq edərək fəaliyyət planı hazırlayır.
Proqram şəhərin emissiyaların azaldılmasına və iqlim dəyişikliklərinə uyğunlaşmaya yönəlmiş bütün mümkün investisiya sahələrini əhatə edir.
O vurğulayıb ki, AYİB layihələrin hazırlanmasını maliyyələşdirir, qrantlar təqdim edir, həmçinin küçə işıqlandırmasının tətbiqini, su təchizatı sahəsini və potensial olaraq bərk məişət tullantılarının idarə olunması sistemlərini dəstəkləyir.