Bakı. Trend:
İtaliya bu təşəbbüsdə Azərbaycanla birgə iştirak etməkdən
fərəhlənir.
Trend xəbər verir ki, bunu İtaliya Prezidenti Sercio Mattarella
Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının
açılışında deyib.
"Cənab Prezident İlham Əliyev, həqiqətən çox məmnunam ki, biz
beynəlxalq səviyyədə bu cür əhəmiyyətli nümunə göstəririk, yəni,
əməkdaşlığın dərinləşməsi və inkişafı, istedadlı gənclərimizin
təhsili təmin edilir. Ağır münaqişə və toqquşmalarla səciyyələnən
hazırkı beynəlxalq vəziyyət fonunda biz məmnuniyyətlə əməkdaşlıq
edirik, nəinki iqtisadiyyat, sənaye sahələrində, o cümlədən
mədəniyyət, gənclərin təhsili, onların formalaşdırılması sahəsində
çalışırıq. Bəşəriyyət isə hər zaman bu yolda olmalıdır. Bəşəriyyəti
irəliyə aparan yalnız gənclər olacaq. Qlobal səviyyədə çox işlər
görmüşük. Mədəniyyət, təhsil və tədqiqatların dərinləşməsi olmadan
bu çağırışlar qarşısında dayanmaq mümkün olmayacaq. Bu amal
İtaliya-Azərbaycan Universiteti tərəfindən dəyərləndirilir və onun
üçün əməkdaşlıq aparılır."