...

2030-cu ilə qədər Azərbaycan su itkilərini azaltmağı və çirkab suların təmizlənməsini genişləndirməyi planlaşdırır - Zaur Mikayılov

Cəmiyyət Materials 1 Oktyabr 2025 12:44 (UTC +04:00)
2030-cu ilə qədər Azərbaycan su itkilərini azaltmağı və çirkab suların təmizlənməsini genişləndirməyi planlaşdırır - Zaur Mikayılov
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan 2023-cü ilə qədər ölkənin ümumi su tələbatının təxminən 90%-ni təmin etməyi, çirkab suların təmizlənməsi xidmətlərini genişləndirməyi, su resurslarının itkisiz idarə edilməsini tətbiq etməyi və kənd təsərrüfatında sudan istifadənin səmərəliliyini 95%-ə çatdırmağı planlaşdırır.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində etdiyi çıxışda danışıb.

O vurğulayıb ki, 1980-ci illərdən bəri Azərbaycanda içməli su ehtiyatları əvvəlki həcminin təxminən üçdə birə qədər azalıb:

"Bununla yanaşı Xəzər dənizində su səviyyəsi təxminən iki metr aşağı düşüb. Bu proqnoz deyil, iqlim dəyişiklikləri və insan fəaliyyəti nəticəsində baş vermiş real dəyişikliklərin açıq sübutudur. Sistemdə isə səmərəsizlik qalmaqdadır: gündəlik su itkiləri və suvarmada itkilər hələ də yüksəkdir, yalnız əhalinin təxminən üçdə biri müasir tullantı suların təmizlənməsi xidmətlərindən istifadə edir. Bu problemləri görməzdən gəlmək olmaz".

Z. Mikayılov qeyd edib ki, Milli strategiya kompleks yanaşmanı nəzərdə tutur, bu da su ehtiyatlarının real vaxt rejimində monitorinqi, vahid idarəetmə modeli və şəffaflığı təmin edən elektron informasiya sisteminin tətbiqini, şəhərlərdə su itkilərinin azaldılmasını, kənd təsərrüfatında müasir suvarma üsullarının tətbiqini və investisiyaların səmərəliliyinin nəzarətini, təmizlənmiş tullantı suların təkrar istifadəsinin genişləndirilməsini, duzsuzlaşdırma üzrə pilot layihələri, çayların və bataqlıqların yalnız təbii sərvət kimi deyil, həm də insanlar və gələcək nəsillər üçün həyati infrastruktur kimi qorunmasını əhatə edir.

"2040-cı ilə qədər əsas məqsədimiz ekoloji məhdudiyyətlərə əməl etməklə, əhalinin, təsərrüfatın və sənayenin tələbatını tam olaraq təmin etməkdir",- deyə Z. Mikayılov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti