Bakı. Trend:
Danimarkanın baş naziri Mette Frederiksen NATO-nu Rusiyanın Qərb əleyhinə fəaliyyətinə qarşı cavab tədbirlərini gücləndirməyə çağırıb.
Trend bu barədə xarici KİVə istinadla xəbər verir.
“Biz son dərəcə açıq danışmalıyıq və başa düşməliyik ki, bu yəqin ki, başlanğıcdır. Biz bütün avropalıların xəritəyə nələrin qoyulduğunu, nələrin baş verdiyini anlamasını istəyirik. Söhbət pilotsuz uçuş aparatlarından istifadədən vəya kiberhücumlardan gedirsə, deməli məqsəd bizim aramızda parçalanmaya səbəb olmaqdır”. –deyə baş nazir bildirib.