...

Nvidianın bazar dəyəri 4,5 trilyon dolları keçib

Dünya xəbərləri Materials 1 Oktyabr 2025 00:39 (UTC +04:00)
Nvidianın bazar dəyəri 4,5 trilyon dolları keçib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikanın qrafik prosessor istehsalçısı Nvidia tarixdə bazar dəyəri 4,5 trilyon dolları keçən ilk şirkət olub.

Trend-in məlumatına görə, Nasdaq birjasının məlumatlarına əsasən, Bakı vaxtı ilə saat 19:23-də şirkətin səhmləri 2,56% artaraq bir səhm üçün 186,51 dollar təşkil edib. Nəticədə Nvidia-nın bazar kapitallaşması 4,522 trilyon dollar olub.

Bazar dəyərinə görə Nvidia-dan geri qalan Microsoft 514,95 dollar səhm qiyməti ilə 3,83 trilyon dollar, üçüncü yerdə isə Apple 254,02 dollar səhm qiyməti ilə 3,769 trilyon dollar bazar kapitallaşmasına sahibdir.

Nvidia 1993-cü ildə əsası qoyulmuş, qrafik emal vahidləri (GPU) və digər çiplər hazırlayan ABŞ texnoloji şirkətidir. Şirkətin qərargahı Kaliforniyanın Santa-Klara şəhərində yerləşir. Onun inkişafları süni intellekt, video oyun və avtomobil sənayesində geniş şəkildə tətbiq edilir.

Qeyd edək ki, 2025-ci il iyulun 9-da Nvidia tarixdə 4 trilyon dollardan çox bazar kapitallaşmasına çatmış ilk şirkət olub.

Xəbər lenti

Xəbər lenti