...

Su tariflərinin artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib - ADSEA

Cəmiyyət Materials 30 Sentyabr 2025 18:04 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Hazırda su tariflərinin artırılması ilə bağlı Tarif Şurasına hər hansı bir müraciət edilməyib.

Trend xəbər verir ki, bunu ADSEA-nın sədr müavini İlham Babayev deyib.

O vurğulayıb ki, differensiallaşmada əsas məqsəd sudan daha səmərəli istifadə etmək, suya qənaətlə yanaşmaq, artıq istifadələri məhdudlaşdırmaqdır.

“Bu cür yanaşma bir çox ölkələrdə var. Differensiallaşma ilə bağlı təkliflər hazırlanarkən bir çox ölkələrin təcrübələri öyrənilir. Eyni zamanda beynəlxalq məsləhətçi şirkətlərin də rəyləri və təklifləri əldə olunub. Yekun təklif hazırlandıqdan sonra Tarif Şurasına təqdim ediləcək. Həmin təklif təbii ki, ictimai müzakirədən də keçəcək”,- qurum rəsmisi əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti